TƏHSİL

Təhsil Nazirliyindən tələbələrə müraciət

Təhsil Nazirliyinin müraciətində deyilir ki, tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir.
Sputnik
BAKI, 27 may — Sputnik. Mayın 31-də yaz semestri üçün təhsil tələbə krediti əldə etmək istəyən tələbələrin müraciətlərinin qəbulu başa çatacaq.
Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Yaz semestri üçün təhsil krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə www.e-ttkf.edu.az müraciət edə bilərlər. Müraciətlər qeyri-iş günləri də daxil olmaqla, hər gün qəbul olunur.
Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, "ASAN İmza" və "E-imza" ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir.
Qeyd edək ki, notarial qaydada təsdiqlənmiş ərizə daha sonrakı müraciətlər üçün də keçərlidir.
Azərbaycanda 2021-2022-ci tədris ili üzrə 5678 tələbə təhsil krediti almaq üçün müraciət edib.
Qeyd edək ki, fevralın 16-dan 2021-2022-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbuluna başlanıb.
Təhsil krediti ilə ali təhsili bitirən tələbəyə kreditin geri qaytarılmasına başlamaq üçün 2 il güzəşt olunur. Yəni, tələbələr universiteti bitirdikdən 2 il sonra krediti qaytarmağa başlasalar, 10 il ərzində onu tamamilə geri qaytara bilərlər.
Kredit aldığı semestri əlaçı bitirən tələbə həmin məbləğin yarısını qaytarır. Yəni 8000 manat kredit götürübsə, ortalama balı 91-dən yuxarı olan tələbə 4000 kredit ödəmiş olacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin!
TƏHSİL
Məktəbdaxili rəqəmsal qiymətləndirmə necə aparılacaq - Təhsil Nazirliyinin müraciəti