HADİSƏ

Azərbaycan Ordusunun əsgəri vəfat edib

Hərbi qulluqçu qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində xəsarətlər alıbmış.
Sputnik
BAKI, 27 may - Sputnik. Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məmmədov Mehralı Novruz oğlu mayın 27-də qeyri-döyüş şəraitində bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərdən vəfat edib.
Müdafiə Nazirliyindən Sputnik Azərbaycan-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ilə əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
HƏRBİ
Müdafiə Nazirliyi Zod mədənindəki erməni işçilərin atəşə tutulması xəbərini təkzib edib