PAYTAXT XƏBƏRLƏRİ

"Teknofest-Azərbaycan" festivalına start verilib

Festivalda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar və Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış edəcəklər.
Sputnik
BAKI, 26 may — Sputnik. Bakıda "Teknofest-Azərbaycan" festivalının açılış mərasimi "Natiq" Ritm Qrupunun kompozisiyası ilə başlayıb.
Festivalın proqramına görə, gün ərzində Azərbaycan və türk pilotlarının iştirakı ilə aviaşoular nümayiş olunacaq. Saat 18-dən 20:00-dək estrada konserti baş tutacaq. 21:00-da isə lazer şou başlayacaq.
Qeyd edək ki, festivalda Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Türkiyənin "Baykar" şirkətinin texniki direktoru Selçuk Bayraktar və Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank çıxış edəcək.
Xatırladaq ki, festival 26-29 may tarixlərində keçiriləcək. Festival çərçivəsində çoxsaylı müsabiqələrin təşkili nəzərdə tutulub. Kənd təsərrüfatı texnologiyalarından yaşıl texnologiyalara, Pilotsuz Uçan Aparatlardan model peyk yarışmasına qədər müxtəlif kateqoriyalar üzrə keçiriləcək müsabiqələrdə gənclər də öz layihələrini təqdim edəcəklər. Avropa Kuboku Roket Liqası Oyunu ilə yerli startapları xarici investorlarla bir araya gətirəcək “Take Off Azərbaycan Startap Zirvəsi” də bu il keçiriləcək tədbirlər sırasında yer alır.
Xatırladaq ki, festival ilk dəfə 2018-ci ildə ilk dəfə keçirilib. Türkiyədə milli texnologiya hərəkatı adını alan tədbirin məqsədi ilə hər il texnologiyalar sahəsində yeni nailiyyətlərə, rekordlara imza atmaqdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
PAYTAXT XƏBƏRLƏRİ
"Teknofest"-ə hazırlıq davam edir -Yol polisi əhaliyə müraciət edib