BAKI, 26 may — Sputnik. Ötən gün sosial şəbəkələrdə Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçasında uşaqların qidalanması ilə bağlı yayılan görüntülər nəzarətə götürülüb.
Yayılan görüntülərlə əlaqədar bu gün Quba-Xaçmaz Regional Təhsil İdarəsinin monitorinq qrupu 1 saylı körpələr evi-uşaq bağçasında olub.
İdarədən APA-ya verilən məlumata görə, sosial mediada yayılan məlumata əsasən hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Qeyd edək ki, ötən gün sosial mediada yayılan bu görüntülər qınaqla qarşılanmışdı.