BAKI, 26 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin sanksiyaların hamıya təsir etdiyini, 40 ildir ki, inkişaf etmiş ölkələrdə belə inflyasiya olmadığını deyib.
"Belə uzaqgörən siyasət yürüdən ölkələrin iqtisadiyyatı nə qədər sabit olsa da (sanksiyaların tətbiqi - red.), dünya iqtisadiyyatının hazırkı vəziyyəti bizim mövqeyimizin düzgün və haqlı olduğunu göstərir. Hətta makroiqtisadi göstəricilərə diqqət yetirəniz, kifayət edər. Bu inkişaf etmiş iqtisadiyyatlarda 40 ildən çoxdur ki, belə inflyasiya olmayıb, işsizlik artır, zəncirlər qırılır, qlobal böhranlar güclənir. Məsələn, qida kimi həssas sahələrdə bunlar zarafat deyil, bunlar bütün iqtisadi və siyasi münasibətlər sisteminə təsir edən ciddi səbəblərdir", - deyə Putin Avrasiya İqtisadi Forumunun plenar iclasında çıxışı zamanı bildirib.
O, əlavə edib ki, Rusiya biznesi ölkəni tərk edən şirkətlərin yerini tutacaq və heç nə dəyişməyəcək.
"Bəli, çoxları deyir ki, gedirlər. Bilirsiniz, bəzən gedənlərə baxır və bəlkə də şükür deyirsən. Biz onların yerlərini tutacağıq. Bizim biznesimiz, istehsalımız artıq böyüyüb və tərəfdaşlarımızın hazırladığı zəmində normal inkişaf edəcək. Heç nə dəyişməyəcək".
Rusiya prezidenti Vladimir Putin onu da bildirib ki, dünyada getdikcə daha çox ölkə müstəqil iqtisadi siyasət istəyir və bunu həyata keçirəcək.
"Məsələ təkcə Rusiya və ya Çin deyil, həm də dünyanın dünyanın bir çox başqa ölkələridir. Dünyada müstəqil siyasət yürütmək istəyən və həyata keçirəcək ölkələr getdikcə çoxalır. Heç bir dünya jandarmı bu təbii qlobal prosesi dayandıra bilməz, buna kimsənin gücü çatmaz. Üstəlik, öz ölkələri daxilində problemlərlə üzləşəndə istək, sadəcə olaraq, yox olacaq, ümid edirəm ki, onlar bu siyasətin tamamilə perspektivsiz olduğunu başa düşəcəklər", - deyə Putin Avrasiya İqtisadi Forumunun plenar iclasında qeyd edib.