AZƏRBAYCAN XƏBƏRLƏRİ

Hərbi təyyarəçilərimiz "TEKNOFEST-Azərbaycan"da ilk uçuşlarını icra edib

Möhtəşəm festivalı izləyənlər nəhayət ki öz təyyarələrimizin də uçuşlarını seyr ediblər.
Sputnik
BAKI, 26 may — Sputnik. Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus müxtəlif təyyarə və helikopterlər Bakıda keçirilən "TEKNOFEST-Azərbaycan" festivalında ilk uçuşlarını icra edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Hərbi pilotlarımızın MiQ-29 təyyarəsi ilə çətin pilotaj manevrlərlə nümunəvi uçuşu izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.
Hərbi təyyarəçilərimiz “Texnofest Azərbaycan” festivalında ilk uçuşlarını icra edib
Qeyd edək ki, festival çərçivəsində Müdafiə Nazirliyi üçün ayrılan pavilyonda Hərbi Hava Qüvvələri ilə yanaşı, Quru Qoşunları, eləcə də mühəndis və rabitə hissə və bölmələrinin sərəncamında olan müasir hərbi-texniki və digər avadanlıqlar təqdim olunur.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Növbəti il "TEKNOFEST"də beşinci nəsil qırıcı təyyarələr nümayiş olunacaq