HADİSƏ

Dövlət Sərhəd Xidməti rəsmi məlumat yaydı

Dövlət Sərhəd Xidmətinin baş çavuşu intihar edib.
Sputnik
BAKI, 26 may - Sputnik. May ayının 26-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının Horadiz sərhəd dəstəsinin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Şirəliyev Canmirzə Çingiz oğlu xidmət yerindən kənarda intihar edib.
Bu barədə DSX Mətbuat Mərkəzi məlumat yayıb.
Məlumata görə, ilkin olaraq intiharın hərbi xidmətlə bağlı olmayan səbəbdən baş verməsi ehtimal edilir.
Faktla əlaqədar prokurorluq orqanlarının əməkdaşları ilə birlikdə araşdırma tədbirləri həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
HADİSƏ
DSX sərhədi pozanı ələ keçirdi