CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda Türkiyədəki texnoparkların bənzəri yaradıla bilər

Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bildirib ki, iki ölkə arasında 4-ə yaxın sənəd imzalanacaq.
Sputnik
BAKI, 26 may — Sputnik. Türkiyənin Sənaye və Texnologiya Nazirliyi ilə Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında imzalanan birgə əməkdaşlığa dair protokola uyğun olaraq Türkiyədəki texnoparkların bənzərini Azərbaycanda qurmaq niyyətindəyik.
Bunu jurnalistlərə açıqlamasında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank deyib. O bildirib ki, burada söhbət startapçılar üçün yaradılacaq məkandan gedir: "Bu məkanlarda startapçılar layihələrini inkişaf etdirə biləcəklər".
"Bununla yanaşı, KOB-larla da müqaviləmiz olacaq", - deyə o əlavə edib.
Nazir qeyd edib ki, iki ölkə arasındakı iqtisadiyyatı möhkəmləndirəcək 4-ə yaxın sənəd imzalayacaqlar.
Qeyd edək ki, bu gün Bakıda "Teknofest-Azərbaycan" festivalına start verilib. Festival 29 may tarixinədək keçiriləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Dünya bilsin ki, sabah da Azərbaycanın yanında olacağıq - türk nazir