Mətbuat mərkəzi

Dublyaj problemləri və onların həlli yolları

Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək növbəti mətbuat konfransında televiziya kanallarda Azərbaycan dilinin istifadəsindəki nöqsanlardan danışılacaq.
Sputnik
BAKI, 25 may — Sputnik. Bu günlərdə Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi televiziya kanalların Azərbaycan dilinin istifadəsində ən çox rast gəlinən nöqsanlarını qeyd edib. Xarici filmlərin dublyajında yol verilən nöqsanlara da xüsusi diqqət yetirilib.
Ümumiyyətlə, telekanallarda nümayiş olunan filmlərin dublyajında Azərbaycan dilindən istifadə ilə bağlı vəziyyət, dublyaj prosesində yaranan problemlər və onların aradan qaldırılması tədbirləri təkcə monitorinq aparanların deyil, həm də geniş ictimaiyyətin diqqət mərkəzindədir.
Yaranmış problemlərin necə aradan qaldırılması və yerli dublyajının səviyyəsinin necə yüksəldilməsi haqqında 26 may, saat 12:00-da Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçiriləcək mətbuat konfransında Azərbaycanın tanınmış aktyoru, dublyaj aktyoru Kamal Yaşar və ssenarist, yazıçı Cəlil Cavanşir məlumat verəcəklər.
Əlaqə:
Telefonlar: 404-13-84/85
Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzinin ünvanı: Mətbuat pr., məh.529, bina 23, mərt.4.