SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Delimitasiya üzrə Komissiyanın ikinci görüşünə hazırlıq gedir

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib ki, sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək.
Sputnik
BAKI, 25 may — Sputnik. Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü Moskvada baş tutacaq. Bu barədə Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko bildirib.
O qeyd edib ki, Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiyanın ikinci görüşü gələn həftə Moskvada keçiriləcək.
Qeyd edək ki, 24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.
Tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.
Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.
Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.