SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Çavuşoğlu: İsveç və Finlandiya terroru dəstəkləməyi dayandırmalıdır

Finlandiya və İsveç Ukraynadakı hadisələr fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibi Yens Stoltenberqə müraciət edib.
Sputnik
BAKI, 25 may — Sputnik. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Finlandiya və İsveçin NATO üzvlüyü ilə bağlı müzakirələrə başlamaq üçün terrora dəstəyi dayandırmaq barədə yazılı razılaşmaya ehtiyac olduğunu açıqlayıb.
Finlandiya və İsveç Ukraynadakı hadisələr fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibi Yens Stoltenberqə müraciət edib. "Financial Times" yazıb ki, Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasına mane olub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin alyansa üzvlüyünə "hə" deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş PKK nümayəndələri ilə münasibətlərə dair verdiyi vədlərə inana bilmir.
"İsveç və Finlandiya terroru dəstəkləməyi dayandırmalıdır, bizə konkret addımların atılacağı ilə bağlı yazılı razılaşma lazımdır", - Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri jurnalistlərə deyib.
Onun sözlərinə görə, iki ölkənin nümayəndə heyətləri çərşənbə axşamı axşam saatlarında Ankaraya gələcək.
Bu gün keçiriləcək görüşdə Türkiyə, Finlandiya və İsveç birgə masa arxasında toplanacaq.
Çavuşoğlu NATO-nun baş katibi Yens Stoltenberqin də iştirakı ilə dördtərəfli görüşün keçirilə biləcəyini deyib. Onun sözlərinə görə, belə bir təklif baş katibin özündən gəlib.
Rusiya dəfələrlə NATO-nun qarşıdurma məqsədi daşıdığını qeyd edib. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, alyansın daha da genişlənməsi Avropaya böyük təhlükəsizlik gətirməyəcək, NATO aqressiv xarakterə malikdir.
Eyni zamanda o qeyd edib ki, İsveç və Finlandiyanın NATO-ya daxil olmasını Rusiya üçün ekzistensial təhlükə hesab etmir. Bu arada Rusiya Prezidenti Vladimir Putin qeyd edib ki, Finlandiyanın ənənəvi hərbi neytrallıq siyasətindən əl çəkməsi səhv olardı, çünki onun təhlükəsizliyinə heç bir təhdid yoxdur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
Ərdoğan İsveç və Finlandiyanı seçim qarşısında qoydu