SƏHİYYƏ

Almaniyada meymunçiçəyinə yoluxanlar karantinə alınacaq

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, meymunçiçəyi infeksiyası bu günədək 19 ölkədə 131 nəfərdə aşkarlanıb, daha 106 yoluxma şübhəsi araşdırılır
Sputnik
BAKI, 25 may — Sputnik. Almaniyada meymunçiçəyinə yoluxan şəxslər üç həftəlik karantinə alınacaq.
Trend-in məlumatına görə, bu barədə ölkənin səhiyyə naziri Karl Lauterbax elan edib.
O bildirib ki, Almaniya hökuməti Robert Kox İnstitutu ilə birgə xəstəliklə mübarizə çərçivəsində tövsiyələr hazırlayıb.
Xəstəliyə yoluxmuş şəxslərlə yanaşı, onlarla yaxın təmasda olmuş insanları da karantinə alınmaq tövsiyə olunub.
Xatırladaq ki, ötən həftə ÜST meymunçiçəyi xəstəliyinə yoluxmaların sayının 90-nı ötdüyünü bildirsə də, Avropada artıq 100-dən çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Avropalı tibb mütəxəssisləri tərəfindən yaxın 2-3 həftə ərzində yoluxma hallarının kəskin şəkildə artacağı proqnozlaşdırılır.
Məlumat üçün bildirək ki, suçiçəyi və meymunçiçəyinin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqə gəldikdə isə meymunçiçəyi xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
"Meymun çiçəyi" dünyanı ağuşuna almağa başlayıb: ÜST 12 ölkədə virus xəbərdarlığı etdi