RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Afrika ölkələri Ukrayna ilə bağlı balanslı mövqe nümayiş etdirir - Lavrov

Rusiya xarici siyasət idarəsinin rəhbəri Afrikadakı dost ölkələlərin ABŞ-ın təzyiqinə boyun əyməyəcəyinə əminliyini dilə gətirib.
Sputnik
BAKI, 25 may - Sputnik. Afrika ölkələri Vaşinqtonun ayrı-seçkilik xarakterli təzyiqlərinə baxmayaraq, Ukraynadakı vəziyyətlə bağlı balanslı və obyektiv mövqe tuturlar. RİA Novosti xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Mən məmnunluqla qeyd edirəm ki, Afrika ölkələri Ukraynada və onun ətrafında baş verənlərlə bağlı balanslı və obyektiv mövqe tuturlar. Biz bilirik ki, Qərb ölkələrinin saymazyana davranış xətti bəzən Afrika qitəsində açıq rəddə səbəb olur”, - deyə nazir Afrika Gününün qeyd edilməsinə həsr olunmuş tədbirdəki açılış nitqində bildirib.
Nazir həmçinin “afrikalı dostların Vaşinqtonun ayrı-seçkilik səciyyəli təzyiqinə boyun əyməyəcəyinə” əminliyini ifadə edib.
Onun sözlərinə görə, Rusiya Federasiyası Afrika ölkələrinin Rusiya ilə siyasi dialoqu daha da genişləndirməyə, iqtisadi, humanitar və digər sahələrdə qarşılıqlı əlaqələrin qurulmasına hazırlığını yüksək qiymətləndirir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.