SƏHİYYƏ

Qebreyesus yenidən ÜST-ün baş direktoru seçilib

Eritreyada anadan olmuş, Efiopiyada vəzifə tutmiş məmur ikinci dəfə səhiyyə üzrə dünyanın ən iri təşkilatına rəhbərlik edəcək.
Sputnik
BAKI, 24 may — Sputnik. Tedros Adanom Qebreyesus yenidən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru seçilib.
Bu qərar Ümumdünya Səhiyyə Assambleyasının 75-ci iclasında qəbul edilib.
Assambleyanın qapalı iclasında bununla bağlı səsvermə keçirilib.
Qebreyesus ikinci beşillik müddətə bu vəzifəyə rəhbərlik edəcək. O, bu vəzifəni tutan ilk Afrika nümayəndəsidir.
ÜST rəhbəri Eritreyada anadan olub və London Universitetinin "Yoluxucu xəstəliklərin immunologiyası" ixtisası üzrə elmlər magistri dərəcəsinə malikdir.
Qebreyesus 10 ildən artıq Efiopiyanın səhiyyə və xarici işlər naziri vəzifələrində işləyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
"Meymun çiçəyi" dünyanı ağuşuna almağa başlayıb: ÜST 12 ölkədə virus xəbərdarlığı etdi