BAKI, 24 may — Sputnik. Sloveniyanın Mikrobiologiya və immunologiya institutu ölkədə bir nəfərdə meymunçiçəyi virusunun aşkar edildiyini bildirib. Bu barədə institutun açıqlamasında deyilir.
Qeyd olunur ki, həmin virusa bir müddət əvvəl Kanar adalarından qayıtmış şəxs yoluxub.
Eyni zamanda Ümumdünya Səhiyyə Təşkilatı meymunçiçəyi infeksiyasının bu günədək 19 ölkədə 131 nəfərdə aşkarlandığını, daha 106 yoluxma şübhəsinin araşdırıldığını bildirib.
Xatırladaq ki, ötən həftə ÜST meymunçiçəyi xəstəliyinə yoluxmaların sayının 90-nı ötdüyünü bildirsə də, Avropada artıq 100-dən çox təsdiqlənmiş yoluxma halı qeydə alınıb. Avropalı tibb mütəxəssisləri tərəfindən yaxın 2-3 həftə ərzində yoluxma hallarının kəskin şəkildə artacağı proqnozlaşdırılır.
Məlumat üçün bildirək ki, suçiçəyi və meymunçiçəyinin klinik əlamətləri arasında oxşar və fərqli əlamətlər var. 90 faiz simptomlar bir-birinə bənzəyir. Fərqə gəldikdə isə meymunçiçəyi xəstəliyində limfa düyünlərinin böyüməsi, şişkinliyi hallarına daha çox rast gəlinir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.