BAKI, 24 may — Sputnik. Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Air Arabia" şirkəti iyunun 28-dən Əbu-Dabidən Bakıya reyslər həyata keçirəcək.
Məlumata görə, aviareyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək. Təyyarə yerli vaxtla saat 14:30-da Əbu-Dabidən qalxacaq və saat 17:30-da Bakıya enəcək. Əks istiqamətdə reys isə həmin gün saat 18:35-dən 21:35-ə qədər baş tutacaq.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən qlobal pandemiya hesab olunan koranavirus (COVİD-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması tədbirləri çərçivəsində "Azərbaycan Hava Yolları" və əcnəbi aviaşirkətlər tərəfindən 17 mart 2020-ci il tarixindən etibarən Əbu-Dabi-Bakı-Əbu-Dabi istiqamətləri üzrə həyata keçirilən uçuşlar dayandırılmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.