AZƏRBAYCAN XƏBƏRLƏRİ

Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib

Cavid Qurbanov artıq 7 il idi ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsini tuturdu.
Sputnik
BAKI, 24 may - Sputnik. Prezident İlham Əliyev Cavid Qurbanovun “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir:
"Cavid Qəmbər oğlu Qurbanov “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad edilsin".
Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Digər sərəncamla Cavid Qurbanov Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini təyin edilib.
C.Qurbanov 9 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Cavid Qurbanov Sergey Pavlovla görüşüb