AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycan-Ermənistan delimitasiya üzrə Komissiyanın ilk görüşü olub

Delimitasiya üzrə Komissiyanın növbəti görüşləri Rusiya Federasiyasının və Belçika Krallığının paytaxtlarında keçirilməlidir.
Sputnik
BAKI, 24 may — Sputnik. 24 may 2022-ci il tarixində, əldə edilmiş razılaşmaların həyata keçirilməsi çərçivəsində və iki ölkənin müvafiq sərəncamları əsasında Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikası Baş nazirinin müavini Mher Qriqoryanın Ermənistan-Azərbaycan dövlətlərarası sərhədində Azərbaycanla Ermənistan arasında sərhədin delimitasiyası üzrə Komissiya formatında ilk görüşü keçirilib.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsindən bildirilib ki, tərəflər, delimitasiya və digər məsələlər üzrə Komissiya çərçivəsində işləməyə hazır olduqlarını təsdiq ediblər.
Komissiyanın birgə fəaliyyətinin təşkilati və prosedur məsələləri müzakirə edilib.
Tərəflər, dövlətlərarası sərhəddə görüşlərlə yanaşı, Komissiyanın növbəti iclaslarının fərqli yerlərdə keçirilməsinin məqsədəuyğunluğu barədə razılığa gəliblər. Belə ki, ikinci görüşün Moskvada, üçüncü görüşün isə Brüsseldə keçirilməsi barədə razılıq əldə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SİYASƏT
Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası üzrə komissiya yaradıb