RUSİYA

"Şou"da yoxuq və Rusiya ilə münasibətlərin inkişafında israrlıyıq - Türkiyə prezidenti

Rəcəb Tayyib Ərdoğan deyib ki, Türkiyə Ukrayna böhranının həllinə töhfə verməyən şoularla deyil, sülhün bərqərar olması üçün ən səmimi səyləri göstərməklə məşğuldur.
Sputnik
BAKI, 23 may - Sputnik. Türkiyə “Ukraynadakı vəziyyəti həll etmək şousunda” iştirak etməyib.

Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasının yekunları ilə bağlı xalqa açıqlama verərkən belə bir bəyanatla çıxış edib.

"Ukrayna böhranının həllinə töhfə verməyən şoular əvəzinə atəşi dayandırmaq və sülhün bərqərar olması üçün ən səmimi səyləri göstərdik. Biz Rusiyaya açıq və cəsarətlə Ukraynanın ərazi bütövlüyü və suverenliyi ilə bağlı mövqeyimizi bildirdik. Amma bu şouya qarışmaq fikrində deyilik, Rusiya ilə münasibətlər bütün müstəvilərdə tam olaraq davam edir", - Ərdoğan deyib.

Ərdoğan Türkiyənin Rusiya Federasiyası ilə münasibətlərini bundan sonra da inkişaf etdirəcəyini bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
Ərdoğan İsveç və Finlandiyanı seçim qarşısında qoydu