BAKI, 23 may - Sputnik. Azərbaycan Hava Yolları” aviaşirkətinin J2 257 nömrəli Bakı-Naxçıvan reysini yerinə yetirən hava gəmisinin kapitanı Naxçıvan hava limanı ətrafındakı tufanla əlaqədar hava limanına geri qayıtmaq qərarına gəlib.
"Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən verilən xəbərə görə, təyyarə saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Sözügedən reysin sərnişinləri hava şəraiti yaxşılaşdıqdan sonra Naxçıvana yola düşəcəklər.
Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, mayın 23-24-də Abşeron yarımadasında küləyin sürətinin 15-20 m/s-dək güclənəcəyi, arabir isə bu göstəricinin 23-28 m/s-yə çatacağı gözlənilir.
Xəzərin Azərbaycan sektorunda bununla bağlı təhlükəsizlik tədbirləri həyata keçirilir: bütün strukturlara, o cümlədən neft-qaz platformaları və gəmi sahiblərinə, kapitanlara, liman nəzarəti müfəttişlərinə hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Gəmilər isə təhlükəsiz lövbərlərə göndərilib.

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.