İDMAN

Rəsul Çunayev başqa ölkənin millisində cıxış etməyi düşünür

İdmançıya bir neçə Avropa və Asiya ölkəsindən təkliflər gəlib. O, hazırda ən mükəmməl variant seçmək üçün onları nəzərdən keçirir.
Sputnik
BAKI, 22 may - Sputnik. Tanınmış Azərbaycan güləşçisi Rəsul Çunayev digər ölkənin millisində cıxış etməyi düşünür.

Bu barədə idmançı "CBC Sport” telekanalının efirində bildirib.

İdmançı son dəfə ölkə millisinin tərkibində 2020-ci ildə yarışda iştirak etdiyini və daha sonra zədələrin müalicəsi ilə məşğul olduğunu qeyd edib.
İndi isə o yenidən “xalçaya qayıtmaq, çıxış etmək və qalib gəlmək” istəyir.

Eyni zamanda Rəsul Çunayev çıxış etdiyi 77 kq çəki dərəcəsində milli komandada yeni liderin Sənan Süleymanov olduğunu və məşqçilərin onun imkanlarını artıq nəzərə almadıqlarını bildirib.

“Amma mən daha bir neçə il çıxış etmək üçün özümdə güc hiss edirəm”, - deyə güləşçi qeyd edib.

Artıq idmançıya bir neçə Avropa və Asiya ölkəsindən təkliflər gəlib və hazırda o “mükəmməl variant seçmək üçün” onları nəzərdən keçirir.

Bununla yanaşı Rəsul Çunayev başqa ölkənin komandasında çıxış etməkdə yanlış bir hərəkət görmədiyini qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.