MƏDƏNİYYƏT

Xalq artisti əməliyyat masasına uzandı

Etdiyi əməliyyatlarla rekorda imza atan Xalq artisti bu dəfə də bıçaq altına girib. Səhnəmizin "diva"sı buxaq nahiyəsindəki piylərdən azad olub.
Sputnik
BAKI, 19 may — Sputnik. Xalq artisti Aygün Kazımova xarici görünüşündə dəyişiklik edib. Pop ulduz ötən gün plastik əməliyyat etdirib.
Hər addımı ilə diqqət çəkən, tez-tez imicini dəyişən "diva" bu dəfə buxaq nahiyəsindəki piylərdən azad olub.
Qeyd edək ki, Azərbaycan şou-biznesində ən çox plastik əməliyyat keçirən müğənninin kim olduğunu düşünsək, heç şübhəsiz ilk olaraq ağla Xalq artisti Aygün Kazımova gələcək. O, saysız-hesabsız əməliyyat keçirib. Lakin bir çox həmkarlarından fərqli olaraq bunu mediadan gizlətməyib.
A.Kazımova Azərbaycanda yeganə müğənnidir ki, əməliyyat etdirərkən klip də çəkdirib. "Tez gəl" adlı mahnısına çəkilmiş klip plastik əməliyyat zamanı lentə alınıb. A.Kazımova ən çox dodaqlarında əməliyyat etdirib. Təkcə burnunu 3 dəfə əməliyyat etdirən müğənni bu barədə fəxrlə danışır. Bir neçə dəfə sinəsinin və dodaqlarının görüntüsünü dəyişib, liposaksiya etdirib. Mətbuata verdiyi açıqlamaya görə, müğənni iki qabırğasını da çıxartdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
MƏDƏNİYYƏT
Aygün Kazımovadan ad günündə sevənlərinə qeyri-adi hədiyyə - VİDEO