İDMAN

“Qəbələ” əcnəbi futbolçu ilə yeni müqavilə bağlayıb

Baş məşqçisi Elmar Baxşıyev braziliyalı hücumameyilli futbolçunun növbəti mövsüm də komandada qalacağını bildirib.
Sputnik
BAKI, 20 may — Sputnik. “Qəbələ” braziliyalı futbolçusu ilə yeni müqavilə bağlayıb.
“Qəbələ” futbol klubunun yarımmüdafiəçisi Rafael Utziqin taleyinə aydınlıq gətirilib. Bu barədə apasport.az saytına “qırmızı qaralar”ın baş məşqçisi Elmar Baxşıyev məlumat verib.
Məşqçi braziliyalı hücumameyilli futbolçunun növbəti mövsüm də komandada qalacağını bildirib. Baxşıyev vurğulayıb ki, 26 yaşlı oyunçu ilə danışığı yekunlaşdırıblar və artıq 1 illik müqavilə bağlayıblar.
Xatırladaq ki, braziliyalı futbolçu bunadək “Foz de İquaçu” (Braziliya, 2015, 2018), “Kaskavel” (Braziliya, 2016), “Ypiranqa Ereçim” (Braziliya, 2016-18), “Çianorte” (Braziliya, 2019), “Parana” (Braziliya, 2018-20) klublarında oynayıb. O, 2020-ci ildən "Qəbələ"də forma geyinir.
Qeyd edək ki, “Qəbələ” bir müddət əvvəl braziliyalı müdafiəçi Ruan Renato ilə yeni sözləşmə imzalayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.