BAKI, 20 may — Sputnik. Mayın 24-də KTMT-nin Müdafiə Nazirləri Şurasının iclası keçiriləcək, müdafiə nazirliklərinin rəhbərləri mövcud geosiyasi vəziyyətdə hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri müzakirə edəcəklər.
İclasa videokonfrans vasitəsilə Ermənistanın müdafiə naziri Suren Papikyan sədrlik edəcək.
"İclasın iştirakçıları KTMT-yə üzv dövlətlərin kollektiv təhlükəsizlik regionlarında hərbi təhlükəsizliyə çağırışlar və təhdidləri müzakirə edəcəklər", - deyə KTMT-dən bildirilib.
Sonuncu dəfə bu formatda danışıqlar aprelin 6-da baş tutub. Bir müddət əvvəl Ermənistan Respublika Partiyasının sədr müavini Armen Aşotyan qarşıdan gələn görüş barədə məlumat verib.
Xatırladaq ki, mayın 16-da Rusiya paytaxtında Ermənistan, Belarus, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan liderlərinin iştirakı ilə KTMT-nin sammiti keçirilib.
Qurumun sammitində qəbul olunmuş birgə bəyanatda deyilib ki, Kollektiv Təhlükəsizlik Şurası beynəlxalq hüquq normalarını nəzərə almadan böhranlı vəziyyətlərə müdaxilə etmək üçün güc tətbiq etmək meyillərindən ciddi narahatdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.