BAKI, 18 may — Sputnik. KTMT-nin mandatı Ukraynada xüsusi əməliyyat zamanı təşkilatın kollektiv qüvvələrinin istifadəsini nəzərdə tutmur. Bunu Rusiya Xarici İşlər Nazirliyindəki mənbə RİA Novosti-yə bildirib.
Bundan əvvəl KTMT-nin baş katibi Stanislav Zas bildirmişdi ki, təşkilatın mayın 16-da keçirilən yubiley sammitində kollektiv qüvvələrin Ukraynada keçirilən xüsusi əməliyyatın gedişatına mümkün cəlb olunması məsələsi qaldırılmayıb və müzakirə olunmayıb.
Öz növbəsində, RİA Novosti-nin Rusiya Xarici İşlər Nazirliyindəki mənbəsi KTMT-nin kollektiv qüvvələrinin xüsusi əməliyyata cəlb olunması imkanının ümumiyyətlə istisna edilib-edilməməsi sualına cavab verərək qeyd edib ki, KTMT-nin məsuliyyət zonası alyans ölkələrinin ərazisidir.
"Bu (Ukrayna - red.), bizim ərazimiz deyil. KTMT qaydaları bu ərazilərdə imkanlardan istifadəni nəzərdə tutmur. Sülhməramlı qüvvələr yalnız mandat çərçivəsində fəaliyyət göstərirlər", - agentliyin həmsöhbəti bildirib.
Xatırladaq ki, bazar ertəsi Moskvada KTMT ölkələri liderlərinin yubiley sammiti keçirilib.
KTMT ölkələrinin liderləri qitədə gərginliyin azaldılmasını vacib hesab edir, NATO ilə əməkdaşlığa hazır olduqlarını təsdiqləyirlər.
"Avrasiya regionunda davamlı sülhün təmin edilməsində öz məsuliyyətimizi dərk edərək, biz qitədə gərginliyin azaldılmasının vacibliyini vurğulayır və Şimali Atlantika Müqaviləsi Təşkilatı ilə əməli əməkdaşlıq qurmağa hazır olduğumuzu təsdiqləyirik", - deyə sənəddə bildirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.