İcbari sığorta zamanı həkimə pul verməyin

Kliniki Tibbi Mərkəzin sosial şəbəkə hesablarında müntəzəm olaraq "Sığorta vaxtı" rubrikası təqdim ediləcək.
Sputnik
BAKI, 18 may — Sputnik. İcbari tibbi sığortanın ölkə üzrə tətbiqindən bir ildən çox vaxt keçməsinə, çoxsaylı təbliğat işlərinin aparılmasına baxmayaraq, hələ də müəyyən suallar var ki, tez-tez soruşulur.
Bunu nəzərə alaraq, Kliniki Tibbi Mərkəzin sosial şəbəkə hesablarında müntəzəm olaraq "Sığorta vaxtı" rubrikası təqdim ediləcək.
İlk olaraq ən çox verilən bir neçə sualın cavabını birləşdirərək sizə təqdim edirik:
- İcbari tibbi sığortadan istifadə etmək üçün hara getməliyəm, hansı sənədlər aparmalıyam və həkimə ödəniş etməliyəm?
- İcbari tibbi sığortadan istifadə etmək üçün ölkə üzrə TƏBİB-in tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə yaxınlaşmaq hüququnuz var.
- İcbari tibbi sığortadan istifadə etmək üçün sadəcə bir sənədə - şəxsiyyət vəsiqəsinə ehtiyac var. Başqa sənədlər tələb olunmur.
- İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan xidmətlərdən istifadə etmək üçün həkimə hər hansı ödəniş etməməlisiniz.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
SƏHİYYƏ
İcbari Tibbi Sığorta Agentliyi dərman satışına dair tenderin qalibini elan edib