İQTİSADİYYAT

Bakıda “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri işə başlayır

Azərbaycan paytaxtında bu gündən etibarən iki böyük beynəlxalq sərgi start götürəcək.
Sputnik
BAKI, 18 may - Sputnik. Bu gün Bakıda 15-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi - “Caspian Agro” və 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi - “InterFood Azerbaijan” işə başlayır.
Mayın 20-nə qədər davam edəcək sərgilər 15 min kv.m.-dən çox ərazini əhatə edir.
Sərgilərdə 24 ölkədən 449 şirkət iştirak edir. O cümlədən "Caspian Agro" sərgisinə 19 ölkədən (Azərbaycan, ABŞ, Almaniya, Belarus, Belçika, Böyük Britaniya, Çin, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İspaniya, İsrail, İtaliya, Rusiya, Slovakiya, Türkiyə, Yaponiya, Yunanıstan) 294 şirkət, “InterFood Azerbaijan” sərgisinə isə 12 ölkədən (Azərbaycan, Belarus, Belçika, Böyük Britaniya, Hindistan, İran, İtaliya, Litva, Rusiya, Səudiyyə Ərəbistanı, Şri-Lanka, Türkiyə) 155 şirkət qatılıb.
Bu il “Caspian Agro” sərgisi "Ağıllı Kənd", "Süni İntellekt", İT xidmətləri, Pilotsuz uçuş aparatları kimi bölmələri əhatə edəcək, “Smart Agro: Kənd Təsərrüfatında İnnovasiyaların təbliği” konfransı keçiriləcək, icrasına başlanılmış, eləcə də işğaldan azad edilmiş ərazilərdə həyata keçirilməsi planlaşdırılan layihələr təqdim olunacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Rusiyadan Azərbaycana kənd təsərrüfatı texnikasının ixracı kəskin artıb