BAKI, 17 may — Sputnik. Rusiya prezidenti Vladimir Putin neft sənayesinin inkişafı üzrə müşavirədə bildirib ki, Rusiya hakimiyyəti fəal hərəkət etməli və Qərbin xaotik qərarlarını öz xeyrinə çevirməlidir.
"Qərbdə yaxın gələcəkdə hansı addımların atılacağını anlayaraq, biz qabaqcadan nəticə çıxarmalı və fəal hərəkət etməli, bəzi tərəfdaşlarımızın düşünülməmiş, xaotik addımlarını öz xeyrimizə çevirməliyik. Ölkəmizin xeyrinə", - deyə dövlət başçısı bildirib.
Putin, eyni zamanda, səhvlərin daimi olacağı ilə bağlı gözləntilərə qarşı xəbərdarlıq edib.
"Əlbəttə, orada sonsuz səhvlərə yol veriləcəyinə ümid etmək lazım deyil", - deyən Putin praqmatik davranmaq lazım olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.