BAKI, 17 may — Sputnik. "4 seasons of Shusha" beynəlxalq fotoqrafiya layihəsinin ilk iştirakçısı Hüseyn Taşkın Azərbaycana gəlib.
Mədəniyyət Nazirliyindən verilən xəbərə görə, fotoqraf beynəlxalq layihədə Şuşanın yaz fəsillərinə aid şəkillər çəkəcək. O, 16-23 may tarixlərində ölkəmizdə olacaq.
Qeyd edək ki, layihə Şuşanın dünya miqyasında tanıdılması üçün çağırış məqsədilə həyata keçirilir. Məqsəd Azərbaycanın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin parlaq incisi kimi Şuşanı dünyaya tanıtmaqdır.
Türkiyədən (Hüseyn Taşkın) olan fotoqrafdan sonra Şuşaya Almaniyadan (Hannes Bekker), İsveçrədən (Reto Quntli), Finlandiyadan (Tiina Itkonen) dəvət olunacaq. Türkiyədən olan fotoqraf Hüseyn Taşkın Şuşanın yaz fəslini lentə alacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.