BAKI, 16 may - Sputnik. Ukraynanın Mariupol şəhərindəki “Azovstal” zavodunda olan yaralı ukraynalı hərbçilərin təxliyəsi başlayıb. RİA Novosti xəbər verir ki, bu barədə Rusiya müdafiə nazirliyi xəbər yayıb.
“Mayın 16-da Mariupoldakı “Azovstal” metallurgiya zavodunun ərazisində blokadaya alınmış ukraynalı hərbçilərin nümayəndələri ilə aparılan danışıqlar nəticəsində yaralıların çıxarılması barədə razılıq əldə olunub”, - nazirlik izah edib.
Məlumatda deyilir ki, yaralılar "Donetsk Xalq Respublikası" ərazisindəki Novoazovsk xəstəxanasına yerləşdirilib. Rusiya ordusu "Azovstal" ərazisində sükut rejimi tətbiq edib.
Bir müddət əvvəl doqquz nəfər ukraynalı hərbçinin ağ bayraq altında "Azovstal" ərazisini tərk etdiyi bildirilib. Lakin onların daha böyük bir insan qrupunu təmsil etdikləri bildirilib. Rusiya tərəfi ukraynalılarla danışıqlara başlayıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.