RUSİYA

KTMT-yə üzv dövlətlərin liderləri Moskvaya toplaşır: Mühüm sənəd imzalanacaq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Moskvada keçirilən iclasında çoxtərəfli sənədlərin imzalanması planlaşdırılır.
Sputnik
BAKI, 16 may — Sputnik. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) liderləri Moskvada çoxtərəfli sənəd imzalayacaq.
KTMT liderlərinin bu gün Moskvada keçiriləcək iclasında həmçinin təşkilatın Kollektiv Təhlükəsizlik Şurasının bəyanatı yayımlanacaq.
İclasda liderlərin bioloji təhlükəsizlik məsələlərinə ayrıca diqqət ayıracağı, hərbi əməkdaşlığın dərinləşdirilməsi və Əfqanıstan ərazisi daxil olmaqla, yeni çağırışlara qarşı birgə fəaliyyət məsələlərinin müzakirə olunacağı bildirilib.
Qeyd edək ki, KTMT-yə bu il Ermənistan sədrlik edir. Ermənistanın Baş naziri Nikol Paşinyan artıq toplantıya qatılmaq üçün Moskvaya gedib. Onun səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşünün olacağı gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
Paşinyan Rusiyaya gedib