DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Marsda suyun yaxın keçmişədə mövcudluğuna dair sübutlar tapılıb

Alimlər "Qırmızı planet"dəki qayalıqlarda aşkar etdikləri buzlardan fgələcəkdə astronavtların istifadə etməsi imkanlarını araşdırılar.
Sputnik
BAKI, 15 may — Sputnik. Çin Elmlər Akademiyasının bir qrup alimi Kopenhagen Universitetindən olan həmkarları ilə birlikdə Marsda yaxın keçmişdə suyun olmasına dair sübutlar tapıblar. Bu barədə Rusiya KİV-ləri “Science Advances” jurnalında dərc edilmiş araşdırma nəticələrinə istinadən xəbər yayıb.
Marsda suyun olması ilə bağlı fərziyyə Çinin “Zhurong” kosmik gəmisinin hidratlaşdırılmış minerallarında buz analizinə əsaslanıb. Bundan əvvəlki tədqiqatlar isə Marsın səthinin bir hissəsinin təxminən üç milyard il əvvəl su ilə örtüldüyünü deməyə imkan verir.
Mütəxəssislər Marsdakı qayalarda tapılan nümunələri Yerdəki qayalarla müqayisə ediblər. Nəticədə belə bir fərziyyə irəli sürülüb ki, onların bəziləri hidratlaşdırılmış minerallardır (su tərkibli).
Alimlərin qənaətinə görə, səthindəki bu cür minerallar sayəsində su Marsda əvvəllər düşünüldüyündən daha uzun müddət qalıb.
Bundan əlavə, onlar belə qayaların mövcudluğunun astronavtların müxtəlif məqsədlər üçün istifadə edə biləcəyi yer buzunun olması fərziyyəsini də irəli sürüblər.
Cari ilin aprelində PSI Paleontologiya İnstitutunun amerikalı tədqiqatçıları planetin buz təbəqəsinin hərəkətsiz olması ilə bağlı daha əvvəl irəli sürülən ehtimallara baxmayaraq, Marsın cənub qütbünün fotoşəkillərində buzlaqların hərəkətsizliyini aşkar ediblər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.