SƏHİYYƏ

Bu yaşıl tərəvəz xərçəngin yaranmasının qarşısını necə alır?

Həkimlər sağlam qidalanmaq və daha çox uzunömürlü olmaq üçün brokkolini qida menyusuna daxil etməyi tövsiyə edir.
Sputnik
BAKI, 14 may — Sputnik. Sağlamlıq üçün ən faydalı tərəvəzlərdən biri də brokkolidir.
Vitamin və minerallarla zəngin olan brokkoli yüksək miqdarda C vitamini, fol turşusu, kalium, selülloz və beta- karotinlə zəngindir. Bundan əlavə, brokkolinin tərkibində olan antioksidan və digər faydalı maddələr ürək damar və xərçəng xəstəliklərinin yaranma riskini azaldır.
C, PP, K, U vitaminləri ilə də zəngin olan brokkoli ilə bağlı aparılan son araşdərmalar zamanı bəlli olub ki, bu tərəvəz xərçəngin profilaktikası üçün ən mükəmməl vasitələrdən biridir.
Sən demə, brokkoli mədə yarasını yaradan bakteriyaları öldürür və mədə xərçənginin yaranmasının qarşısını alır.
Həkimlər sağlam qidalanmaq və daha çox uzunömürlü olmaq üçün brokkolini qida menyusuna daxil etməyi tövsiyə edirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
AQTA Azərbaycanda qablaşdırma məhsullarını analiz edir?