AZƏRBAYCAN XƏBƏRLƏRİ

Əmiraslanov vəzifədən çıxarılması ilə bağlı açıqlama verdi

Əmiraslanov bildirib ki, müqaviləyə heç bir tərəf xitam verməyib. Müqaviləyə görə əməkdaşlıq davam edir. Həm Mərkəz, həm Assosiasiya müqaviləni dəstəkləyir
Sputnik
BAKI, 13 may — Sputnik. Tahir Əmiraslanov Milli Kulinariya Mərkəzinin rəhbəri vəzifəsindən çıxarılması ilə bağlı sosial media hesabında paylaşım edib.
Paylaşımda deyilir ki, Azərbaycan Milli Kulinariya Mərkəzi dövlət qurumudur və Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin nəzdindədir. Mərkəzin baş direktoru vəzifəsinə işə götürmək və işdən azad etmək Turizm Agentliyinin səlahiyyətinə aiddir: "Onlar da məni bu vəzifədən azad edib, Orxan Fikrətoğlunu təyin ediblər. Mən Azərbaycan Milli Kulinariya Assosiasiyası İctimai Birliyinin və Dünya İslam Kulinariya Birliyinin prezidentiyəm və bu təşkilatların fəaliyyətlərini genişləndirməyə, onları irəli aparmağa çalışıram. Orxan Fikrətoğlunu çoxdan tanıyıram, aramızda salam var. Ona yeni işində uğur arzulayıram. Milli Kulinariya Mərkəzi və Milli Kulinariya Assosiasiyası arasında sıx əməkdaşlıq haqqında daimi müqavilə var, müqavilə 2019-cu ildə yenilənmişdi".
Xatırladaq ki, Milli Kulinariya Mərkəzinin Baş direktoru Tahir Əmiraslanov vəzifəsindən azad edilib və bu vəzifəyə tanınmış teleaparıcı Orxan Fikrətoğlu təyin edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
MƏDƏNİYYƏT
Şuşada Birinci Beynəlxalq Kulinariya Festivalı keçiriləcək