BAKI, 13 may — Sputnik. Bakıda ölmüş dölü bağ evinə atan qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, polis əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində dölü A.Hüseynova məxsus həyətə atmaqda şübhəli bilinən 1983-cü il təvəllüdlü N.Həsənova müəyyən edilib. Axtarış tədbirləri nəticəsində o, saxlanılıb.
Hazırda araşdırmalar davam etdirilir.
Qeyd edək ki, N.Həsənova paytaxtın Buzovna qəsəbəsində ölmüş dölü bağ evlərindən birinin həyətinə ataraq qaçıb.
Xatırladaq ki, bənzər hadisə bu ilin yanvarında Neftçala rayonunda da baş vermişdi. Rayon ərazisində yerləşən "Dayan-dincəl" adlı istirahət məntəqəsinin sanitar qovşağının qarşısında ölü insan dölü aşkar edilmişdi.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.