BAKI, 12 may - Sputnik. Mayın 23-24-də Şamaxıda Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin turizm nazirlərinin görüşü keçiriləcək.
Bu barədə Təşkilatın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, toplantıda nazirlər turizm sahəsində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edəcəklər.
Həmçinin mayın 26-27-də Bakıda TDT ölkələrinin informasiya və yüksək texnologiyalar nazirlərinin görüşünün keçirilməsi gözlənilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.