AZƏRBAYCAN XƏBƏRLƏRİ

Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanı titula layiq görülüb

“Dünyanın ən yaxşı yeni banknotu” mükafatı Mərkəzi Banka təqdim edilib.
Sputnik
BAKI, 12 may — Sputnik. “Beynəlxalq Pul Nişanları Assosiasiyası” (IACA-ABŞ) tərəfindən dünyanın aparıcı mərkəzi banklarının iştirakı ilə ABŞ-ın Vaşinqton şəhərində beynəlxalq konfrans keçirilib, Azərbaycanın yenilənmiş 50 manatlıq pul nişanı mövzusuna, dizaynına və təhlükəsizlik sistemlərinə görə “Dünyanın ən Yaxşı yeni Banknotu” tituluna layiq görülərək qalib seçilib.
Bu barədə Mərkəzi Bank-dan verilən məlumatda bildirilib, qeyd olunub ki, cari ilin 02-05 may tarixlərində İspaniyada təşkil edilən “Global Currency Forum 2022” çərçivəsində qaliblərə mükafatlar təqdim edilib. Nəticədə “Dünyanın ən yaxşı yeni banknotu” tituluna layiq görülmüş 50 manatlıq pul nişanının qalibiyyət mükafatı (kubok) Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı