BAKI, 11 may — Sputnik. Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması üçün imtahan keçiriləcək.
Bu barədə səhiyyə naziri Teymur Musayev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, 1 ay müddətində imtahanın keçirilməsi qaydası barədə nazirliyin kollegiya qərarının layihəsi hazırlanacaq.
İmtahanın keçirilməsi üçün lazım olan imtahan proqramı və suallar toplusu 3 ay müddətində hazırlanaraq kadr məsələləri üzrə komissiyaya təqdim ediləcək.
Əmrin icrasına nəzarəti nazir öz üzərinə götürüb.
Əmr ilə aşağıdakı linkdən istifadə edərək tanış olmaq olar:
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.