İDMAN

"Qarabağ" Qurban Qurbanovla müqavilənin müddətini uzadıb

Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir.
Sputnik
BAKI, 11 may — Sputnik. "Qarabağın baş məşqçisi Qurban Qurbanovla müqaviləni uzadıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Yeni anlaşmaya əsasən, Qurbanov daha 3 il Ağdam klubunun baş məşqçisi olacaq. 50 yaşlı mütəxəssisin müqaviləsi 2025-ci ildə başa çatacaq.
Qeyd edək ki, Qurbanov 2008-ci ildən "Qarabağ"ın baş məşqçisidir. Onun rəhbərliyi altında 8 dəfə Azərbaycan çempionu olan ağdamlılar 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İDMAN
Kim kimlə oynayacaq? - Futbol həvəskarlarını düşündürən sual