BAKI, 11 may — Sputnik. Dövlət İmtahan Mərkəzinin doktorantura səviyyəsində xarici dil üzrə qəbul imtahanı zamanı müvafiq magistratura ixtisaslaşmasını bitirən namizədlərin xarici dil seçiminə qoyulan məhdudiyyətin götürülməsi ilə bağlı Təhsil Nazirliyinə ünvanladığı məktuba aidiyyəti üzrə baxılıb və müsbət qərar verilib.
Bu barədə DİM-dən xəbər verilib.
Bildirilib ki, Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın 3.10-cu bəndini nəzərə alaraq yuxarıda qeyd olunan müvafiq magistratura ixtisaslaşmasını bitirən namizədlər də xarici dil üzrə qəbul imtahanı zamanı ixtisaslaşma dilini xarici dil kimi seçə və ixtisaslaşma dili üzrə beynəlxalq sertifikat təqdim edə bilərlər.
Xatırladaq ki, xarici dil imtahanına qeydiyyat növbəti həftə ərzində elan olunacaq.
Müvafiq magistratura ixtisaslaşması deyəndə filologiya, xarici dil və ədəbiyyat müəllimliyi, xarici dil müəllimliyi və tərcümə ixtisasları nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.