AZƏRBAYCAN XƏBƏRLƏRİ

Artıq yeni qaz sayğaclarına da onlayn ödəniş mümkündür

Bundan öncə "Gallus Pay" sayğaclarına onlayn ödəniş etmək mümkün olmuşdu.
Sputnik
BAKI, 11 may — Sputnik. Abonent məmnunluğunun təmin olunması istiqamətində daha bir yenilik istehlakçıların xidmətinə verilib.
"Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, bir neçə müddətdir NFC (Near Field Communication) təminatı olan telefonlar vasitəsilə "Gallus Pay" sayğaclarına onlayn ödəniş etmək mümkündür.
Artıq "Gallus Pay" sayğacları ilə yanaşı, "Zenner" smart-kart tipli sayğaclara da onlayn ödəniş etmək mümkündür.
Qeyd edək ki, mobil telefon NFC texnologiyasını dəstəkləməlidir.
Xatırladaq ki, “Azəriqaz” İstehsalat Birliyi ötən ilin fevral ayının 1-dən etibarən yeni növ əvvəlcədən ödənişli Almaniya istehsalı olan “Zenner” markalı sayğacların quraşdırılmasına başlayıb.
Yeni sayğacların üstünlüyünə gəlincə, bura istifadə qaydalarının rahat olması, koda düşmə zamanı geriya sayım əməliyyatının olmaması və smart kartın içərisindəki məbləğ boşaldılmadığı halda bir neçə dəfə vəsaitin yüklənilməsinin mümkünlüyünü göstərmək olar:
https://www.youtube.com/watch?v=1qaCYHZ7BpA
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İQTİSADİYYAT
Yeni şəffaf qaz sayğacı qutuları ödənişlidirmi?