BAKI, 9 may - Sputnik. Rusiya Donbass problemini sülh yolu ilə həll edə bilərdi, lakin ona belə bir şans verilmədi. Bunu Rusiya prezidenti Vladimir Putin bildirib.
“Əgər bu problemi (Donbasla bağlı – red.) başqa, sülh yolu ilə həll etmək üçün heç olmasa bir şans olsaydı, biz, əlbəttə, bu şansdan istifadə edərdik, amma bizə bu şansı qoymadılar, sadəcə olaraq, imkan vermədilər", - o, Kremldə Rusiyanın "Sparta" batalyonunun komandiri Vladimir Coqanın atası Artem Coqa ilə görüşdə deyib.
Onun sözlərinə görə, Rusiyanın sadəcə olaraq başqa seçimi yox idi.
“Bütün planlar həyata keçirilir, nəticə əldə olunacaq. Buna heç bir şübhə yoxdur”, - deyə dövlət başçısı bildirib.
Görüş zamanı Putin martın 5-də Volnovaxada həlak olan Vladimir Coqanın atasına batalyon komandirinin ölümündən sonra aldığı Rusiya Qəhrəmanı Ulduzunu təhvil verib.
“Mən istəyirəm ki, bu Qəhrəman ulduzu sizin ailənizdə əbədi qalsın”, - Rusiya lideri mükafatı təqdim edərkən deyib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.