HADİSƏ

Göyçay sakini həmyerlisini güllələyib

Ehtiyatsızlıq Göyçay rayonunda ağır yaralanma ilə nəticələnib.
Sputnik
BAKI, 8 may - Sputnik. Göyçay rayonunda silahlı insident baş verib.
APA-nın xəbərinə görə, hadisə axşam saatlarında Göyçay çayının kənarındakı "DSR-in kafesi" adlanan yerdə baş verib.
Rayon sakinləri, 1961-ci il təvəllüdlü İntiqam Xıdırov və 1970-ci il təvəllüdlü Habil Babayev kafedə yeyib içdikdən sonra kafenin həyətinə çıxıblar. Məlumata görə sərxoş olan İntiqam Xıdırov özünə məxsus "Vinçester" markalı ov tüfəngini avtomobilindən götürüb və baxmaq üçün onu Habil Babayevə verib. O tüfəngə baxdıqdan sonra geri qaytarıb. İlkin ehtimala görə İntiqam Xıdırov ehtiyatsızlıq edərək tüfəngdən atəş açıb. Güllə yaxın məsafədən açıldığı üçün Habil Babayev ağız və çənə nahiyyəsindən ağır xəsarət alıb.
O, əvvəlcə Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, sonra isə vəziyyəti ağırlaşdığı üçün müalicə üçün Bakı xəstəxanasına yola salınıb. Hazırda rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. Hadisəni törədən şəxs saxlanılıb, odlu silah götürülüb.
Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
CƏMİYYƏT
Masallıda yeddi il əvvəl baş verən qətl - TƏFƏRRÜAT