HƏRBİ

Xüsusi təyinatlıların təlimi keçirilir - MN təlimin məqsədini açıqladı

Müdafiə Nazirliyindən verilən məlumata görə, xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər.
Sputnik
BAKI, 6 may — Sputnik. Müdafiə nazirinin təsdiq etdiyi 2022-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin taktiki-xüsusi təlimi keçirilir.
MN-dən verilən xəbərə görə, çətin keçidli dağ və qayalıq ərazilərdə xüsusi təyinatlılar ərazi kəşfi, dağ hazırlığı və müxtəlif yerdəyişmələr üzrə fəaliyyətlər yerinə yetirirlər.
Taktiki-xüsusi təlimlərin keçirilməsində əsas məqsəd xüsusi təyinatlı hərbi hissə və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandakı Xüsusi Komandanlığı ölkəmizdəki quru qoşunların komandolarına təlim keçib.
Bildirilib ki, Türkiyənin Azərbaycandakı Xüsusi Komandanlığının koordinasiyası ilə davam edən "Komandonun əsasları kursları" ilə "Dözümlülük təlimləri" çərçivəsində Azərbaycanın beş briqadasında "Uzun məsafəli müqavimət yürüşü" icra edilib.
Qeyd edək ki, keçirilən təlimin əsas məqsədi Azərbaycan Ordusunun Əməliyyat (Komando) bölmələrinin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.