AZƏRBAYCAN XƏBƏRLƏRİ

Dövlət rüsumlarına dəyişiklik edildi - Prezident qanunu təsdiqlədi

İlham Əliyevin imzaladığı sənədə əsasən Azərbaycanda media üçün dövlət rüsumu 10 dəfə azaldılıb.
Sputnik
BAKI, 6 may — Sputnik. Prezident İlham Əliyev "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib. Dəyişikliyə əsasən Azərbaycanda media üçün dövlət rüsumu 10 dəfə azaldılıb.
Belə ki, qanunun 22-ci maddəsində (Lisenziyalaşdırılan sahibkarlıq fəaliyyəti növlərinə lisenziya verilməsinə görə dövlət rüsumunun dərəcələri) "ümumrespublika televiziya yayımı", "ümumölkə yerüstü televiziya yayımçısı" ifadəsi ilə əvəz edilərək dövlət rüsumunun məbləği 10 dəfə azaldılaraq 50 000 manatdan 5 000 manata qədər endirilib. Azərbaycanda audiovizual media fəaliyyətinə dair yeni dövlət rüsumları müəyyənləşib.
Həmçinin dəyişikliklə lisenziyaların dövlət rüsumunun dərəcəsi ümumölkə yerüstü radio yayımçısı üçün 2 500 manat, regional yerüstü radio yayımçısı üçün 500 manat, peyk yayımı həyata keçirən platforma yayımçısı üçün 2 500 manat, peyk yayımı həyata keçirməyən platforma yayımçısı üçün 1 500 manat, sifarişli yayım xidməti provayderi üçün 500 manat, sadə platforma operatoru üçün 1 500 manat, universal platforma operatoru üçün 2 500 manat, multipleks operatoru üçün 2 500 manat olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Media Reyestri artıq hazırdır