RF-in Donbasın müdafiəsi üzrə xüsusi əməliyyatı

Rusiya istənilən təcavüzkar niyyətə cavab verəcək - Matviyenko

Biz bütün bəşəriyyəti faşizmdən və radikal millətçilikdən qoruyuruq.
Sputnik
BAKI, 6 may — Sputnik. Heç kimin Rusiyaya qarşı aqressiv niyyəti nəticəsiz qalmayacaq. Bu sözləri Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko bildirib.
"Rusiya Silahlı Qüvvələri heç bir halda dünyanın ən yaxşı ordusundan geri qalmır və hətta üstünlüyə malikdir. Söhbət hərbçilərin peşəkar hazırlığından, silah və hərbi texnikanın keyfiyyətindən, onlardan istifadə bacarığından və döyüş ruhundan gedir. Heç kim bizi təəccübləndirə bilməz. Ölkəmizə qarşı təcavüzkar niyyətlərin nəticəsiz qalacağına heç kim ümid edə bilməz", - deyə spiker Federasiya Şurasının saytında qarşıdan gələn Qələbə Gününə həsr olunmuş bloqunda yazıb.
Matviyenkonun sözlərinə görə, Ukraynada xüsusi hərbi əməliyyat buna inandırıcı sübutdur və bu əməliyyat zamanı Rusiya ordusu təkcə öz ölkəsini deyil, bütün bəşəriyyəti nasizm və radikal millətçilik təhlükəsindən xilas edir.
Senator qeyd edib ki, Rusiya başqaları üzərində öz üstünlüyünü artırmır, ölkələrdən və xalqlardan düşmən obrazını formalaşdırmır: "Buna görə də bu gün Ukraynada Rusiya ordusunun əsgər və zabitləri mülki əhalinin ölümünün və iztirablarının qarşısını almaq üçün dağıntıları minimuma endirmək üçün hər şeyi edirlər. Gördüyümüz kimi, rus insanının ümümbəşəri ruhunun bütövlüyü, əziyyət çəkən hər kəsin ağrısına hay vermə bacarığı dahi yazıçı Fyodor Dostoyevskinin dediyi kimi, bu bacarıqlar heç bir yerə getməyiblər, onlar indi də bizimlədilər. Onlar Rusiya millətinin ən mədəni və mənəvi kodundadırlar"
Spikerin sözlərinə görə, eyni zamanda kollektiv Qərb xeyirxahlıqdan, bütün insanlara və bəşəriyyətə olan sevgidən bəhs edən, öz müstəsnalığına inandıran dahi humanistlərinin irsindən faktiki olaraq imtina edib.
"Avropanın yeni humanistlər tapacağına yenə də ümid etmək qalır. Bunun üçün növbəti dünya müharibəsi tələb olunmayacaq", - deyə Matviyenko yekunlaşdırıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
RUSİYA
Matviyenko: neft-qaz tədarükündəki şaxələndirmə ilə bağlı problem yoxdur