AZƏRBAYCAN XƏBƏRLƏRİ

AFFA İntizam Komitəsi "Qarabağ"ı cərimələdi

AFFA İntizam Komitəsinin növbəti iclasında qəbul olunmuş qərara görə, "Qarabağ" klubu 800 manat cərimə olunub.
Sputnik
BAKI, 6 may — Sputnik. AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Toplantıda bir sıra qərarlar qəbul olunub:
Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Qarabağ" – "Qəbələ" oyununda "Qarabağ" klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur (maddə 51.2);
1/2 final mərhələsinin "Qarabağ" – "Qəbələ" oyununda "Qarabağ" klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr işlədildiyi üçün klub 4000 manat cərimə olunur (maddə 41.6);
1/2 final mərhələsinin "Neftçi" – "Zirə" oyunu gec başlandığı üçün meydan sahibi klub 3200 manat cərimə olunur (maddə 59.4);
Premyer Liqanın XXV turunun "Qarabağ" – "Sabah" oyununda "Qarabağ" klubunun azarkeşləri pirotexnikadan istifadə etdiyi üçün klub 800 manat cərimə olunur (maddə 51.2);
"Qarabağ" klubunun azarkeşləri "Sabah" klubunun rəsmisi Dadaş Zeynalova fiziki təsir göstərdiyi üçün meydan sahibi klub 4000 manat cərimə olunur (maddə 49.1);
"Qarabağ" klubunun futbolçusu Patrik Andrade ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 47.1);
XXV turun "Zirə" – "Qəbələ" oyununda "Qəbələ" klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
XXV turun "Sumqayıt" – "Neftçi" oyununda "Sumqayıt" klubunun futbolçusu Camaləddin Xocaniyazov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun şərti olmaqla 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur. Sınaq müddəti 3 ay təyin edilir (maddə 36.1);
"Neftçi" klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandırıldığı üçün klub 800 manat cərimə olunur (maddə 39);
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
İDMAN
Kim kimlə oynayacaq? - Futbol həvəskarlarını düşündürən sual