DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Putinin G20-yə dəvət edilməsi Bayden üçün baş ağrısı ola bilər

"The Washington Post"da yazılan məqalədə qeyd olunur ki, indi Bayden Putinin iştirak edə biləcəyi G20 sammitində iştirak etmək və ya etməməklə bağlı seçim qarşısındadır.
Sputnik
BAKI, 5 may — Sputnik. Rusiya Prezidenti Vladimir Putinin İndoneziyada keçiriləcək G20 sammitinə dəvət olunması ABŞ Prezidenti Co Bayden üçün başağrısı olub. Bu barədə "The Washington Post" yazıb.
ABŞ-ın Rusiyanı dünyadan təcrid etmək cəhdləri uğursuzluğa düçar oldu, çünki Vaşinqtonun bütün tərəfdaşları Bayden üçün problemə çevrilən Moskvadan üz döndərməyə hazır deyil.
Müəllif yazır ki, indi Bayden Putinin iştirak edə biləcəyi G20 sammitində iştirak etmək və ya əsas beynəlxalq tədbirlərdən birini Rusiya və Çinə verməklə bağlı çətin seçim qarşısındadır.
Məqalədə qeyd edildiyi kimi, Bayden Asiyada belə bir hadisəni qaçıra bilməz, çünki pandemiyanın təsiri bu gün də dünya ticarətində əks-səda verir və inflyasiya ümumi problemə çevrilib.
Nəşr hesab edir ki, Ağ Ev elə edə bilər ki, Putin və Bayden nadir hallarda eyni fotoda olsunlar. Eyni zamanda, unutmaq olmaz ki, G20-də dünya liderlərinin birgə şəkli çəkilir və bundan başqa, sammitdə yöndəmsiz və planlaşdırılmamış görüşlər ola bilər, - deyə jurnalist fikirlərini tamamlayıb.
İndoneziya bu il G20-yə sədrlik edir. Bəzi üzv ölkələr, ilk növbədə ABŞ Ukraynada hərbi xüsusi əməliyyat keçirdiyinə görə Rusiyanı qrupdan çıxarmaqda israrlıdır, lakin digər dövlətlər məsələnin bu cür formalaşdırılması ilə razılaşmır. İndoneziya prezidenti öz növbəsində bildirib ki, rəsmi Cakarta G20-ni birləşdirməyin tərəfdarıdır və parçalanmaya qarşıdır. Buna görə də aprelin sonunda o, Rusiya və Ukrayna prezidentlərini sammitə dəvət edib.
Öz növbəsində, Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Moskvanın G20 sammitinə hazırlaşacağını, lakin detallar barədə danışmağın tez olduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
TƏHLİL
"G-20" sammitinin yekunları – Türkiyə Rusiya ilə birgə hara qədər gedə bilər