BAKI, 4 may — Sputnik. Rusiyanın "İraero" şirkəti Novosibirskdən Bakıya reyslər açır.
Mayın 20-dən başlayacaq uçuşlar "Sukhoi SuperJet 100" təyyarələri ilə həftənin şənbə günləri həyata keçiriləcək.
Novosibirskdən yerli vaxtla 13:00-da çıxan təyyarə 15:20-də Heydər Əliyev adına Bakı Aeroportuna enəcək.
Xatırladaq ki, bundan öncə Rusiyanın “Utair” aviaşirkəti Moskvadan Gəncəyə yeni reys açıb.
Uçuşlar hər həftənin çərşənbə günləri “Boeing 737-800” ilə həyata keçirilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.