DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Erməni müxalifəti Yerevanda küçələri bağladı: 7 nəfəri polis saxlayıb

Erməni mətbuatı yazır ki, Yerevanın mərkəzində bir sıra küçələr müxalifət tərəfdarları tərəfindən hərəkətə bağlanıb.
Sputnik
BAKI, 4 may — Sputnik. Yerevanda polis Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən 7 etirazçını saxlayıb.
Saxlanılanlar polis şöbələrinə aparılıblar. Etirazçılar Yerevanda bir sıra mühüm nəqliyyat qovşaqlarını bağlayıblar.
Qeyd edək ki, bu gün Yerevanda Paşinyanın istefasını tələb edən müxalifət yenidən küçələri qapadıblar. Məlumata görə metronun "Dostluq" (Barekamutyun) stansiyası yaxınlığında Kiyevyan küçəsi yük maşınları tərəfindən hərəkətə bağlanıb. Bundan əlavə, müxalifət Marşal Baqramyan prospektinə, adı çəkilən stansiyadan şəhərin mərkəzində Yerevan Opera Teatrına gedən yolları bağlayıb.
Qeyd edək ki, ötən gün Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edən müxalifət Yerevan-Sevan əsas magistral yolunu bağlamışdı.
Ermənistan müxalifəti aprelin 25-dən etibarən ölkənin hər yerində etiraz aksiyaları keçirir. Onlar hazırkı Ermənistan hakimiyyətinin yürütdüyü siyasətin ölkənin maraqları üçün destruktiv xarakter daşıdığını və erməni dövlətçiliyini itirməklə hədələdiyini iddia edirlər.
Xatırladaq ki, çərşənbə axşamı müxalifət Yerevan küçələrini və respublikanın əsas magistral yollarını bağlayaraq genişmiqyaslı etiraz aksiyaları keçirib.
Polis səhər saatlarında paytaxt küçələrini bağlayan müxalifətin 70 nümayəndəsinin həbs olunduğunu bildirib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
DÜNYA XƏBƏRLƏRİ
Paşinyanın əleyhdarları Yerevan-Sevan magistral yolunu bağlayıblar